Modern.az

Azərbaycanda 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - RƏSMİ

Azərbaycanda 2 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - RƏSMİ

Aktual

24 Fevral 2020, 16:28

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus təhlükəsilə xəstəxanaya yerləşdirilənlərlə bağlı məlumat açıqlayıb.

 

Qurumların mətbuat xidmətlərindən Modern.az-a verilən məlumata görə, fevralın 24-ü Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib:

 

“Onlar 1995 və 1998-ci il təvəllüdlü Azərbaycan və İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan biraz yüksək olub”.

 

Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə,  hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur:

 

“Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür