Modern.az

Gömrük qanunvericiliyini pozanlarla bağlı qaydalar SƏRTLƏŞDİRİLDİ

Gömrük qanunvericiliyini pozanlarla bağlı qaydalar SƏRTLƏŞDİRİLDİ

Aktual

24 Fevral 2020, 17:37

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

 

Modern.az-ın -ın xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərman imzalayıb.

 

Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda yarımbənd əlavə edilib:

 

“3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi