Modern.az

Dünya şəhərlərində Xocalı harayı - Varşava, Haaqa, Paris, Təbriz, London…

Dünya şəhərlərində Xocalı harayı - Varşava, Haaqa, Paris, Təbriz, London…

Aktual

24 Fevral 2020, 18:12

Fevralın 26-ı Xocalı Soyqırımının törədilməsindən 28 il keçir.

Erməni hərbi birləşmələrinin törətdiyi bu faciənin anım mərasimi hələ bir neçə gün əvvəldən tək Azərbaycanda yox, diasporumuzun təmsil olunduğu bir çox dünya ölkələrində də keçiriləcək.

 

Modern.az bir neçə gündür ki, davamlı olaraq Xocalı faciəsinin anıldığı ölkələrin siyahısını təqdim edir:

 

Polşanın paytaxtı Varşavada fevralın 6-ı 20 Yanvar faciəsinin 30-cu və Xocalı soyqırımının isə 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Polşadakı səfirliyi və Polşa Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə yerli dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri və diasporumuzun üzvləri iştirak ediblər.Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov çıxışı zamanı Azərbaycanın tarixi, onün müxtəlif dövrlərdə üzləşdiyi faciələr, XX əsrdə xalqımızın dörd dəfə soyqırımına məruz qaldığı barədə geniş məlumat verib.

 

21 fevral Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin İqdır vilayətində anım mərasimi keçirilib. Azərbaycanın Qarsdakı Baş Konsulluğu, İqdır-Azərbaycan Dil, Tarix Və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İqdır-Azərbaycan Evi Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəyinin İqdır şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Xocalıya Ədalət!” devizi altında təşkil edilib. Həmçinin Fevralın 22-də Türkiyənin başqa bir şəhərində,  İstanbulda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Turan” Mədəniyyət Mərkəzində tədbir keçirilib.

 

22 Fevral Fransanın paytaxtı Parisdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Fransadakı səfirliyi və İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) birgə təşkil etdiyi anım mərasimində Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa, Qazaxıstanın Fransadakı səfiri Jan Qaliev, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun digər nümayəndələri, fransalı siyasətçilər, elm adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

 

Fevralın 22-i Bosniya və Herseqovinada da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Qeyd edək ki, Azərbaycan ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərindəki Dostluq Parkında qurbanların xatirəsinə mərasimi keçirilib.Tədbir zamanı Xocalıda mülki şəxslərə qarşı törədilən vəhşilikləri əks etdirən fotoşəkillər nümayiş etdirilib.

 

23 fevral İranın Təbriz şəhərindəki Azərbaycan Baş Konsulluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim zamanı  soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Xocalı soyqırımından və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən bəhs edən sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları Baş Konsulluğun erməni təcavüzü və Xocalı soyqırımı barədə hazırladığı fotostendə baxıblar. Hadisələrə dair məlumatların Azərbaycan, ingilis və fars dillərində əks olunduğu kitab, DVD və broşürlər, Azərbaycan tarixinə dair jurnallar iştirakçılara paylanıb. Sonda ehsan süfrəsi açılıb.

 

23 fevral Niderland Krallığının Haaqa şəhərində ötən gün Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib. Haaqa şəhərində yerləşən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçılıgı ilə keçirilən anım mərasimində orada yaşayan Azərbaycan, Türk, uyğur, kırım tatarları,Türkmənlər və başqa icmaların nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Türk kültür dərnəyinin sədri İ.Aşqın iştirakçıları salamlayaraq onlara gəldikləri üçün təşəkkür edib. Sonra soyqırım qurbanlarının xatırəsi bir dəqiqəlik sükütla yad edilib.

 

23 fevral Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Tədbirdə Krallıqda yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Avstraliyanın Melburn şəhərində Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı anım mərasimi keçirilib. Tədbirdə Melburnda yaşayan Azərbaycan icmasının üzvləri, diplomatik korpusun əməkdaşları, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri iştirak ediblər. Əvvəlcə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar qonşu ölkə, Gürcüstanın Rustavi şəhərində də anım mərasimi keçirilib. “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Rustavi şəhəri və Qaradabani rayonu ictimaiyyətinin nümayəndələri, ziyalılar, məktəblilər iştirak ediblər. Öncə, Xocalı faciəsi qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.

 

23 fevral Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonun Trafalqar Meydanından Parlament binasına qədər Xocalı faciəsində əli olan erməni cinayətkarlarına qarşı yürüş keçiriblər. Yürüşdə azərbaycanlılarla bərabər cənubdan olan həmvətənlərimiz və bir qrup britaniyalı ziyalı təbəqə də iştirak edib.

 

Anım mərasiminin keçirliməsi ilə yanaşı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.

 

Bu gün ABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində, İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci il dönümünə həsr edilmiş tədbir keçirlib. Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub. Tədbir çərçivəsində “Xocalı faciəsi – qanlı yaddaş və anım” mövzusunda fotosərgi və seminar təşkil edilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir