Modern.az

Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır

Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır

Aktual

25 Fevral 2020, 12:11

Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasında, Qazi Xosrov bəy Kitabxanasında və digər müəssisələrdə saxlanılan dahi Azərbaycan klassikləri İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuliyə aid əlyazmaların tədqiq edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə əməkdaşlıq edir.

 

Modern.az xəbər verir ki, Türk dünyasının araşdırmaçı jurnalisti  Aida Eyvazlı Göytürk Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliyinin təşkilatçılığı ilə  Sarayevo Universitetinin Şərqşünaslıq İnstitutunda ölkənin  tanınmış alimləri ilə görüş keçirib.   Sarayevo Universiteti Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq və şərqşünas  doktor Adnan Kadriç 70 yaşlı  elm ocağının uğurlarından danışıb.  Eyni zamanda  Azərbaycanın Bosniya və Herseqovinadakı diiplomatik nümayəndəliyi ilə yaranan əməkdaşlıqdan söhbət açıb.

 

Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk  boşnakların  ulu tarixini öyrənmək üçün Odlar yurdu Azərbaycandan   qalan türk izlərini araşdırmağı, bununla da türk tarixinə yeni bir tövhə vermək istədiyini söyləyib. Görüşdə “Osmanlı dövrünün tarixi araşdırmaları”  şöbəsinin doktor Aladin Husiç və professor  Nihad Dostoviç də iştirak edirdi. Hər iki alim Osmanlı İmperiyasının Bosniyaya gətirdikləri ədalətdən, mədəniyyətdən və qurtuluşdan danışaraq, araşdırmaçı jurnalistə maraqlı məlumatlar veriblər. Bu faktların içərisində türk dünyasının zəngin və işıqlı tarixinə güzgü tutacaq maraqlı səhifəlır mövcuddur. Aida Eyvazlı Göytürk eyni zamanda Beynəlxalq Türk Akademiyasının –TWESCO-nun türk tarixini araşdıran alimlərə ,türk dünyasının şəxsiyyətlərinin bu təşkilat tərəfindən yüksək dəyərləndirilməsindən söz açıb.

 

İmadəddin Nəsimi yaradıcılığını hələ gənc ikən dərvişlər vasitəsi ilə tanış olan Sarayevo Universiteti Şərqşünaslıq İnstitutun “Şərq-İslam incəsənəti araşdırmaları” şöbəsinin türk dili və ədəbiyyatının tədqiq edən doktor xanım Amina Şilyak-Yesenkoviç  isə Nəsiminin şerlərini  boşnak dilinə çevirən qrup üzvlərindən biridir.  O qeyd edib ki, İmadədin Nəsiminin 650 illik yubileyi ilə əlqaədar Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadakı diplomatik nümayəndəliyinin  birinci katibi Samir Məliklidən təklif alınca çox sevinib.  Nəsimi kimi bir dahini  boşnak dilinə çevirmək şərəf və nüfuz məsələsidir ki, Tanrı ona bu məqamı bəxş edib.

 

Görüşdə iştirak edən  Azərbaycan diplomatı Samir Məlikli  qeyd edib ki, Nəsiminin şerlərinin boşnak dilinə çevrilməsi ötən ilin ortalarından başlandı. Artıq layihə sona çatıb.  Universitetin  tanınmış elm xadimləri   professor Adnan Kadriç, doktor xanım Amina Şilyak-Yesenkoviç , fəlsəfə fakültəsinin professoru xanım Alena Çatoviç , professor doctor Elvir Musiç  böyük mütəfəkkir İmadəddin Nəsiminin 85 şerini boşnak dilinə tərcümə ediblər. Bu heyət  2020-ci ilin 13-22 mart tarixlərində AMEA-nın dəvəti ilə Bakıya səfər edəcəklər. Bundan başqa , AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov Sarayevo şəhərində ezamiyyətdə olub. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, Monteneqrodakı və Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfirliyinin səyi nəticəsində Nəsiminin əsərlərinin əlyazmaları AMEA-ya verilib.  Bununla da Nəsimi irsinə yeni tövhələr əlavə olunub.

 

Görşün səmərəli bir ab-havada keçdiyini qeyd edən Aida Eyvazlı Göytürk vurğulayıb ki,başı bəlalı gözəl Bosniyada qonaq olduğu günlərdə   Azərbaycanla oxşar tarixi, sevincləri, coğrafi baxımdan qonşu ölkələri tərəfindən ərazilərinin  təcavüzə məruz qalma  taleyi də bir-birinə bənzədiyini bir daha hiss etdi. Burada keçirdiyi görüşlər, insanlar, boşnakların milli-mədəni adətləri, tarixi yerləri , şəxsiyyətləri haqqında kitab yazacaq.

 

Görüşdə həm Azərbaycanın yeni modeli ASAN xidmət və ABAD haqqında da söhbət olub. Və ABAD-çıların hazırladığı əl işlərindən alimlərə hədiyyə təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır