Modern.az

Azərbaycanda yeni siyasi partiyaya ehtiyac var – GƏNCLƏR GƏLİR

Azərbaycanda yeni siyasi partiyaya ehtiyac var – GƏNCLƏR GƏLİR

Ölkə

25 Fevral 2020, 13:24

Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə ən çox üzvü olan siyasi təşkilatdır.

Məlumdur ki, hər partiyanın öz ideologiyası, konsepsiyası var və onlar ölkənin siyasi atmosferini formalaşdırır.

Lakin son illər vətəndaşlarda partiyalara meyillilik əvvəlkinə nisbətən azalıb. Maraqlıdır, hazırki şərəaitdə ölkədə yeni ideologiyalı partiyaya, partiya liderinə ehtiyac varmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc cəmiyyətdə siyasi partiyalara marağın azalmasının səbəbini birbaşa partiyaların özü ilə əlaqələndirir:

“Həqiqətən də 1990-cı illərdən sonra təkpartiyalı sistemdən çoxpartiyalılağa keçid kütləvi təşəbbüslərlə, vətəndaşların bu proseslərə aktiv qoşulması ilə özünü göstərirdi. Bunun da təbii əsasları var idi. Bir çoxları hesab edirdilər ki, demokratik cəmiyyət quruculuğunun əsas fundamenti məhz partiyalar vasitəsilə formalaşmalıdır. Bunun da real nümunələri Qərb ölkəri görünürdü. 

Sonrakı dövrdə iki mühüm ssenari getməyə başladı.

Birincisi ondan ibarət oldu ki, partiyaların müəyyən bir qismi anti-dövlət layihələrinə daha çox baş vurdular.

Zamanında demokratik idarəçilik üçün öz mövqelərini irəli sürən bu təşkilatlar daxildə alternativsiz rəhbər seçimlərinə gedərək, hər hansı bir şəraitdə plüralizmə, rəqabətə meydan tanımadılar və partiyaları yalnız bir şəxsin rəhbərliyinin timsalında gördük. Digər yandan da dövlət əleyhinə olan proseslər cəmiyyətin böyük bir hissəsini bu təşkilatlardan kənarda qoydu.

Parlamentdə təmsil olunan partiyalar da büdcədən maliyyələşmə imkanı qazansalar da, tam strukturlaşaraq, ölkə boyunca bütün əyalətlərə gedib çıxan respublika tipli partiyalara çevrilə bilməyiblər. Belə bir struktur yeganə olaraq hakim təşkilatda mövcuddur.

İndi isə kağız üzərində Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatını daşıyan 50-dən çox partiya mövcuddur. Ancaq fərqli ideologiya, alternativ proqramlar, dövlətin və xalqın idarəçiliyinə dair alternativ planlar, layihələr qəti şəkildə özünü göstərmir”.

 

O, yeni siyasi partiyanın yaradılmasını faydalı hesab edir: “Azərbaycanda güclü ideoloji partiyalar son dərəcə zəruridir. Bu gün diferensiallaşdırma aparmaq çox çətindir. Sağ-mərkəzçi deyilən bir təşkilat tamamilə solçuluq ideyası ilə çıxış edir, yaxud da din bayrağını başı üzərinə qaldırır.

Üçüncülər tamam fərqli ideyalar irəli sürürlər. Almaniya nümunəsindəki Sosial Demokratlardan ta Xristian Demokratlara qədər, yaxud Britaniya nümunəsindəki  Mühafizəkarlar, Leyboristlər və onlarla ölkədəki kimi fərqli ideologiyaları, simvolikaları, rəngləri biri-birindən kəskin şəkildə ayrılan qüvvələri bəlkə qarşımızda görə bilərik.

Azərbaycanda güclü partiyaların mövcud olması cəmiyyətin təşkilatlanmasına xeyirdir, dövlətə faydalıdır”.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        

Tarix elmləri doktoru, professor Solmaz  Rüstəmova-Tohidi yeni partiyada gənclərin təmsil olunmasının tərəfdarıdır:

“Mümkündür ki, cavanlar modern qayda və prinsiplər əsasında siyasi partiya yaratsınlar. Siyasi fəaliyyətə yeni nəfəs gəlməlidir. Budəfəki C. Cəmiyyətdə buna zərurət olsa, yaranacaq”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə yeni partiyaya gərək olmadığını bildirir :

“Heç bir siyasi partiyaya ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycanda vətəndaşların siyasi partiyalar ətrafında birləşməsi lazımdır. Çünki cəmiyyətin zəifliyinin əsas səbəbi təşkilatlanma qabiliyyətinin olmamasıdır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu