Modern.az

“Dünən şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm” - Ərdoğan

“Dünən şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm” - Ərdoğan

25 Fevral 2020, 16:30

“Dünən şəhid olan İbrahim qardaşımıza və ondan öncə də şəhid olmuş digər qardaşımıza Allahdan rəhmət diləyirəm”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında deyib.

 

Türkiyə Prezidenti Qarabağın Azərbaycan olduğunu vurğulayıb:

 

“Qardaşım Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır" deyib. Bu fikri eyni ilə təkrar etmək istəyirəm”.

 

Ərdoğan Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinin xeyirli olmasını diləyib, Prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəklədiklərini qeyd edib (apa). 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi