Modern.az

Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi

Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi

25 Fevral 2020, 17:37

Sabah 28 il olacaq ki, Azərbaycan başına gətirilmiş dəhşətli faciəni, Xocalı soyqırımını anacaq.

Xocalı bizim qəm dünyamızdır. Xocalıya aid yüzlərlə mahnılarımız, filmlərimiz çəkilsə də, hələ də bütün dünya bu erməni cinayətindən xəbərsizdir.

Müxtəlif yollarla biz Xocalıda baş verənləri dünyaya çatdırırıq. Bəs, hazırda elə bir mahnılar bəstələnirmi ki, Xocalı həqiqətlərini dünyaya çatdırmaq gücündə olsun?

 

Məsələ ilə bağlı Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov Modern.az-a danışıb.

“Öncə bildirim ki, burda söhbət tək mahnıdan getmir, böyük əsərlərdən gedir. Xocalıya dair bizim çoxlu tamaşalarımız, rəsm əsərlərimiz, mahılarımız, filmlərimiz var. Bu günlərdə Azərbaycan Dövlət Televiziyası Xocalıya aid yeni film çəkib. Sözümün əsas məğzi odur ki, elə əsərlərimiz var ki, dünya çapında Xocalı həqiqətlərini çatdıracaq gücə malikdir. Xocalı soyqırımına həsr edilmiş mahnılarımız var, niyə yoxdur ki? Ümumiyyətlə, bizim vətənpərvərliklə bağlı, Qarabağımızla  bağlı  nə qədər musiqilərimiz bəstələnib. Bu musiqilərin hər biri bir tarixdir. Bu tarixi də zamanla dünyaya çatdıracaq çox güclü səs imkanlarına malik müğənnilərimiz var , hansı ki, onlar dəfələrlə beynəlxalq tədbirlərdə çatdırmağa nail olurlar”.

Bəstəkar  Faiq Sücəddinov bu mövzuda  yetəri qədər mahnıların bəstələndiyini də söyləyib:

“Yəni bildirmək istəyirəm ki, yüzlərlə musiqilər yazılıb, siz niyə söyləyirsiniz ki, elə bir əsər yoxdur?. Mən 1988-ci ildə Cabir Novruzun sözlərinə “Vətəndən pay olmaz” musiqisini bəstələdim. Dediyim odur ki, yəni hələ o illərdə müharibə yox idi, Topxana meşəsi məhv ediləndən sonra soyqırımla bağlı mahnılar yazılmağa başladı. “Vətən harayı”, “Vətən səni çağırır” bütün bu musiqilər birbaşa Xocalıyla, Qarabağla bağlı yazılmış musiqilərdir”.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şairə və bəstəkar Xanım İsmayılqızı isə Xocalıyla bağlı mahnı yazmadığını təssüflə söyləyib:

“Çox təssüflər olsun ki, mənim Xocalıyla bağlı mahnım yoxdur. Ancaq vətənpərlik mövzusunda kifayət qədər mahnılarım var. Misal üçün “Oğulları var millətin ,Qarabağa yürüş edib qaytaracaq öz sərvətin” . Bu musiqi gənclərimizi sanki döyüşə hazırlayır. “Vətən oğlu”, “Azərbaycan var ol”,”Vətən anadır “ düzdür , bu musiqi  yunan musiqisidir. Mahnının sözləri mənə məxsudur, bəstəkarı isə Tanos Mikruçikosa aiddir. Bu musiqini məşhur müğənnimiz Aygün Kazımva ifa edib. Bax, bu cür mahnılar dünyaya Azərbaycan adını çatdıracaq səviyyədə öz sözünü demiş musiqilərdir.

 

Ancaq təəsüf ki, Xocalı soyqırımına aid elə bir mahnı tanımıram. Bəlkə də yazılıb, mən bilmirəm. Ona görə də konkret  bir söz deyə bilmərəm. Düşünürəm ki, Xocalı da vətəndir, vətənpərvərliklə bağlı mahnılar da elə bu soyqırıma da aiddir”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir