Modern.az

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

11 Aprel 2012, 14:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə aprelin 12-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.  

Modern.az


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir