Modern.az

Nazirlik 1000 nəfər əlili istirahətə göndərəcək

Nazirlik 1000 nəfər əlili istirahətə göndərəcək

11 Aprel 2012, 18:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu ilin yaz-yay mövsümündə 1000 nəfərədək əlilliyi olan şəxsin respublikanın səfalı güşələrində yerləşən mərkəzlərdə 10 günlük istirahəti təşkil olunacaq. Qeyd edilib ki, ötən illərdə olduğu kimi, bu il də həmin şəxslər arasında Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar üstünlük təşkil edəcək.

Ümumiyyətlə, 2012-ci il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların respublikadan kənarda, o cümlədən Ukraynanın Saki şəhərindəki müvafiq müalicə mərkəzində və  respublika daxilində müalicəsinə köməklik göstərilməsi, bayramlar və əlamətdar günlər münasibətilə imkansız əlillərə birdəfəlik maddi yardımların verilməsi və s. istiqamətlərdə tədbirlər davam etdiriləcək.

Nazirlikdən verilən məlumata görə, həmçinin il ərzində həmin insanların cəmiyyətə inteqrasiyası, mənəvi tələbatlarının ödənilməsi və istedadlarının aşkara çıxarılması məqsədi ilə Əlillərin VIII Ümumrespublika Sərgi-müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı  əlillər və sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu idman  tədbirləri keçiriləcək.

Nazirlik yanında fəaliyyət göstərən və ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin təmsil olunduğu İctimai Şuranın üzvlərinin iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələrin həyata keçirilməsi təmin ediləcək.

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir