Modern.az

Naftalanda Xocalı soyqırımın 28-ci ildönümü anıldı - Fotolar

Naftalanda Xocalı soyqırımın 28-ci ildönümü anıldı - Fotolar

26 Fevral 2020, 15:26

Naftalanda “Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü”nə həsr olunmuş geniş anım tədbiri
keçirilib.


Modern.az xəbər verir ki, anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİH Başçısı aparatının əməkdaşları,şəhərin idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və
nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, şəhər ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.

 


Tədbir iştirakçıları “Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından
keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzüblər.


Naftalan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə faciə qurbanları və şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək
Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, Xocalı
faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və
Xocalı soyqırımı haqqında həqiqətin dünyada tanınması, bu faciənin Azərbaycan xalqına qarşı
soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət bu gün də davam etdirildiyini
qeyd edib. Şəhər rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında
faciəyə hüquqi statusun verilməsi çərçivəsində olduqca böyük işlər görüldüyünü,bu istiqamətdə 2008-ci
ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının  başlandığını bildirib.


Tədbirdə şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin əməkdar müəllimi Sədrəddin
Muradov “26 fevral Xocalı soyqırımı XX əsrin faciəsidir” və şəhər V.Namazov adına Körpələr evi-uşaq
bağçasının müdiri Kəmalə Hüseynova “ Ermənistanın işğalçı siyasəti “ mövzularında çıxış ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu