Modern.az

Azərbaycandan Rusiyaya “Dərbənd” demarşı

Azərbaycandan Rusiyaya “Dərbənd” demarşı

12 Aprel 2012, 10:30

Moskva birdən-birə qədim şəhərimizin 5000 illiyini dövlət səviyyəsində keçirmək qərarına gəlib

Milli Elmlər Akademiyasının Tarix İnstitutu aprelin 26-28-də Azərbaycanın qədim şəhəri olan Dərbəndin tarixinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Bu barədə Modern.az-a Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, deeputat Yaqub Mahmudov məlumat verib. Konfrandsa Dağıstan Respublikasından 20 – dək alim, Türkiyə dən görkəmli alimlər və Azərbaycan alimləri iştirak edəcəklər. “Dərbənd şəhəri Azərbaycanın tarixində xüsusi rol oynayan bir şəhərdir. Bu baxımdan Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq, dostluq əlaqələrinin tarixində xüsusi parlaq səhifələri var. Bu səhifələrin açılması Azərbaycan və Dağıstan tarixçilərinə ulu babalarımızın əmanətidir. Bu gün də bu birliyi biz qorumalıyıq, Dərbənd Azərbaycan və Dağıstan xalqlarının birliyinə xidmət etməlidir. Elə bu məqsədlə də konfrans keçirilir”-deyə Y. Mahmudov vurğulayıb. O qeyd edib ki,  konfrans 3 bölmə üzrə işləyəcək və bütövlükdə 50 qədər məruzə dinləniləcək. Hazırda tədbirə hazırılıqla məşğul olduqlarını deyən Y. Mahmudov deyib ki, bu konfransa müstəqil Azərbaycanın tarixində çox mühüm hadisə olacaq.

Qeyd edək ki, Rusiyanın federal hakimiyyəti 2015-ci ildə Dərbəndin 5000 illik yübleyini dövlət səviyyəsində qeyd etməyi planlaşdırır. Bu barədə Rusiya prezidentinin Şimali Qafqaz Federal dairəsi üzrə nümayəndəsi Aleksandr Xloponin bəyan edib. A. Xloponin qədim Azərbaycan şəhərinin yübleyini  “bütün Rusiya üçün mühüm hadisə” kimi dəyərləndirib. Qeyd edək ki,  yubley tədbirlərinə 2015-ci ildə start veriləcək.

Hazırda Dağıstanda şəhər statusunda olan Dərbənd Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir , Mahaçqala şəhərindən cənub - şərq istiqamətində 121 km uzaqlıqda yerləşir . Dərbənd farsca  “qapı», «darvaza» deməkdir. Şəhər tarixdə Bab əl-Əbvab («böyük qapı») və türk mənbələrində Dəmirqapı Dərbənd adlarıyla da tanınırdı .

Burada eramızdan əvvəl VII-VI əsrlərə aid yaşayış məskənləri aşkar edilib. Dərbəndin adı Azərbaycan türklərinin, eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da çəkilir. Alman səyyahı Adam Oleari (XVII əsr) və türk səyyahı Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu qeyd edirlər. Bu haqqda”Dərbəndnamə”də məlumat verilir.

Şəhərdə hal-hazırda 110 min sakin yaşayır.Azərbaycan türkləri əhalinin 31% təşkil edir , ləzgilər 26%, tabasaranlar 14%, 30% başqaları olduğu təxmin edilir.

 

Xaqani  SƏFƏROĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu