Modern.az

Oğrular inkasatordan 4 milyon avro aparıblar

Oğrular inkasatordan 4 milyon avro aparıblar

5 Yanvar 2010, 18:43

Fransada on nəfərdən ibarət cinayətkar qrup Fransanın cənubunda yerləşən  Marsel şəhərinin 20 kilometrliyində zirehli inkassator furqonuna hücüm edərək 4 milyon avro dəyərində pulu oğurlayıb.

Cinayətkarlar bir neçə maşınla furqona hücum edərək onu əhatəyə alaraq  mühafizəçiləri zərəsizləşdirib, daha sonra maşının qapısını partladaraq pula sahibləniblər. Polislərin hadisə yerinə gəlməsi cinayətin müvəffəqiyyətlə başa çatmamasına səbəb olub. Belə ki, maşında 8 milyan avro məbləğində pul olub. Cinayətkarlar həmin məbləğin yalnız yarıısını aparmağa müvəffəq olublar.

Cinayətkarların həbsi  hələlik mümkün olmayıb. Cinayət işində istifadə edilmiş maşınlardan ikisi az sonra ərazidən azca aralı bir yerdə tapılıb. Marsel şəhərinin prokuroru hadisənin mütəşəkkil cinayətkarlar tərəfindən həyata keçirildiyini bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı