Modern.az

Gədəbəydə ağır qəza: Ana və oğlu öldü

Gədəbəydə ağır qəza: Ana və oğlu öldü

28 Fevral 2020, 13:46

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

 

“Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub.

 

Qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası, Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər.

 

1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər