Modern.az

Şamaxı Rəsədxanasının direktoru: “Əsassız ittihamlarla üz-üzə qalırıq"

Şamaxı Rəsədxanasının direktoru: “Əsassız ittihamlarla üz-üzə qalırıq

Aktual

28 Fevral 2020, 14:41

"Şamaxı Astrofizika rəsədxanası (ŞAR) son illərdə Avropa Birliyinin Fp7 proqramı üzrə meqeqrantını, daha sonra 2019-cu ildən “Horizon 2020” qrant layihəsinin qalibi olub".

 

Modern.az xəbər verir ki bunu mətbuat konfransında Rəsədxananın direktoru, AMEA-mın müxbir üzvü Namiq Cəlilov bildirib.N.Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının aktiv olaraq beynəlxalq konsorsiumlarda iştirakı etdiyini diqqətə çatdırıb:

"ŞAR-ın gənc tədqiqatçıları Phd və Postdoc proqramları çərçivəsində Almaniya və Belçikanın elmi mərkəzlərində birgə elmi tədqiqat işləri aparırlar. Hal-hazırda yaxın kosmosda NANO peyklərin tətbiqi ilə astrofiziki eksperimentlərin həyata keçirilməsi sahəsində işlər görülür. Son illərdə nail olduğumuz beynəlxalq elmi əməkdaşlıq imkanlarından yararlanaraq rəsədxanadan aparılan elmi tədqiqat işlərini daha yüksək mərhələyə qaldırmaq üçün çalışdığımız bir vaxtda əsassız ittihamlarla üz-üzə qalırıq"-deyə N.Cəlilov əlavə edib.

 

Rəsədxana direktoru bir qrup şəxsin saxta şəkildə ŞAR adından qurumun əməkdaşlıq etdiyi səfirliklərə müraciət etdiyini təəssüflə qeyd edib: " Saxta Iqor Kosyagin və Sergey Mironov adları altında naməlum şəxslər 15 sentyabr 2016-cı ildə ŞAR-ın direktoru tərəfindən Elmi Şuranın qəbul etdiyi qərar əsasında imzalanmış 188 saylı əmrə istinad edərək öz qüsurlu şərhi ilə azərbaycan, rus və ingilis dillərində 2000-dən artıq ünvana, o cümlədən ŞAR-ın beynəlxalq səviyyədə elmi tərəfdaşlıq etdiyi inistutlar və alimlərin elektron poçt ünvanlarına, xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb. Əslində İqor və Sergey adları aysberqin görünən hissəsidir, əslində bu əsassız ittihamlar ilk dəfə ŞAR-ın ünvanına onun keçmiş əməkdaşı Yanoş Məhərrəmov tərəfindən mediada ictimailəşdirilib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!