Modern.az

Azərbaycan koronavirusun tapıldığı neçənci ölkədir?

Azərbaycan koronavirusun tapıldığı neçənci ölkədir?

Dünya

28 Fevral 2020, 15:44

Azərbaycanda ilk koronavirusa (COVİD-19) yoluxma halı təsdiqlənib.

Modern.az xəbər verir ki, İrandan Azərbaycana keçən Rusiya vətəndaşının bu virusa yoluxması təsdiqlənib.

 

Beləliklə, koronovirusun yayıldığı ölkələrin ümumi sayı 57-yə çatıb. Çinin Uhan şəhərində meydana çıxan koronavirus bundan əvvəl 56 ölkədə rəsmən aşkar edilmişdi.

Son məlumatlara görə, virusa ümumilikdə 83704 yoluxma halı qeydə alınıb, 2859 nəfər isə həyatını itirib.

Virusun mərkəzi olan Çindən sonra ölü sayının ən çox olduğu ölkə İrandır. İran Səhiyyə Nazirliyi bugünkü açıqlamasında daha 8 nəfərin öldüyünü, bununla da ölü sayının 34-ə çatdığını, yoluxanların ümumi sayı isə 388 nəfər olduğunu açıqladı. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!