Modern.az

Koronavirusa yoluxan şəxsin vəziyyəti normaldır - Şöbə müdiri - CANLI

Koronavirusa yoluxan şəxsin vəziyyəti normaldır - Şöbə müdiri - CANLI

28 Fevral 2020, 17:55

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı brifinq keçirilir.

 

Modern.az xəbər verir ki, brifinqdə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev və mətbuat katibi Rəvanə Əliyeva iştirak edirlər.

 

Y.Qarayeva qeyd edib ki, bu xəstə 1997-ci il təvəllüdlüdür:

 

"O sərhədi keçən 1997-ci il təvəllüdlü Dağıstan vətəndaşının qızdırması olub. Müayinələr zamanı virus aşkarlandıqdan sonra xüsusi nəzarətə götürülüb. Vəziyyəti normaldır, müalicəsinə başlanılıb".

 

Onun sözlərinə görə, bütün xəstəxanalara qoruyucu vasitələt paylanılıb:

 

"3 karantin xəstənaxası var. Bunlar Astara, Cəlilabad və Qobustanda yerləşir. Bundan əlavə dəstəkverici xəstəxanalar Biləsuvar, Masallı və Bakıdadır". O koronavirusa yoluxan xəstənin hansı xəstəxanaya yerləşdirildiyini açıqlamayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!