Modern.az

İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb

İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb

29 Fevral 2020, 11:45

“REAL” partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

 

O bildirib ki, bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb:

 

“Söhbət etdik, hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə