Modern.az

Azərbaycanda koronavirusa görə buraxılış imtahanı təxirə SALINDI

Azərbaycanda koronavirusa görə buraxılış imtahanı təxirə SALINDI

Təhsil

3 Mart 2020, 09:31

Martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanı həmin gün baş tutmayacaq.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

 

Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

 

Qeyd edək ki, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!