Modern.az

Koronavirusa görə müştərilər otellərdən qaçır? – “İnsanlarda qorxu var” - SORĞU

Koronavirusa görə müştərilər otellərdən qaçır? – “İnsanlarda qorxu var” - SORĞU

Mədəni̇yyət

3 Mart 2020, 11:10

Dünyada yayılmağa davam edən koronavirus iqtisadiyyata da təsirsiz ötüşmür. Bu epidemiyanın ən çox zərər vurduğu iqtisadi sahələrdən biri isə turizmdir.

 

Maraqlıdır, koronovirusun Azərbaycana da ayaq açması turizmə, otellərdə müştəri sayına necə təsir edib? Modern.az mövzu ilə bağlı paytaxtda və bölgələrdə yerləşən otellərlə əlaqə saxlayıb.

 

Lerikdə yerləşən “Relax” Ailəvi İstirahət Mərkəzindən verilən məlumatda mövcud vəziyyətlə əlaqədar müştəri sayında azalma olduğu deyilib:

“İnsanlarda qorxu var. “Gəlim, ya gəlməyim” deyə tərəddüd içindədirlər. Rezerv edirlər, amma tərəddüd içindədirlər. Demək olar ki, bizdə müştəri sayında 40 faiz azalma var”.

 

“Khan Lankaran” otelindən verilən məlumatda da müştərilərdə koronovirusla bağlı narahatlıqların olduğu qeyd edilib:

“ Qonaqlar Novruz bayramı ərəfəsi üçün olan rezervasiyalarla bağlı zəng edib, suallar verirlər. Deyirlər ki, orada vəziyyət necədir?”.

 

Masallı rayonunda yerləşən “Viləş Palace Hotel”dən isə bildiriblər ki, hazırda müştərilərin sayında heç bir azalma müşahidə olunmur.

 

Qəbələdə yerləşən “Qafqaz Tufandağ Hotel”dən qonaqların sayında azalma olmadığı qeyd edilib, xüsusi təhlükəsizlik tədbirlərinin görülmədiyi, otelin standartlarının qorunduğu vurğulanıb.

 

Paytaxtda yerləşən “AEF Hotel”dən isə qonaqların azalmasının mövsümlə əlaqədar olduğu deyilib:

“Hazırda mövsüm olmadığı üçün qonaqlar azdır. Ona görə dəyişiklik yoxdur”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi