Modern.az

Rauf Arifoğlu təkrar seçkilərdə dairəsini dəyişəcək? - Özü AÇIQLADI

Rauf Arifoğlu təkrar seçkilərdə dairəsini dəyişəcək? - Özü AÇIQLADI

3 Mart 2020, 14:19

Kütləvi İnformasiya Vasitələrində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun təkrar parlament seçkilərində dairəsini dəyişəcəyi haqqında informasiyalar yayılıb. İddialara görə, R. Arifoğlu təkrar seçkilərə 33 saylı Xətai birinci seçki dairəsindən qatılacaq.

 

Modern.az bu barədə baş redaktorun özündən münasibət alıb. R.Arifoğlu iddiaları təkzib edib:

 

“Seçkilərin nəticəsi hələ təsdiqlənməyib, təkrar seçkilər elan edilməyib. Ona görə, hazırda təkrar seçki və iştirak mövzusu aktual deyil. Təkrar seçki 2 ay sonra da ola bilər, 6 ay sonra da. Elan olunandan sonra dəqiq fikir söyləmək mümkündür. Ümumilikdə, seçkiyə qatılmaq fikrindəyəm. Qatılacağım təqdirdə, 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyimi verməyi düşünürəm. Bu, mənə daha rahat olardı. Orada işləmişəm, uğurlu və nümunəvi kampaniya aparmışam, minlərlə tərəfdar qazanmışam və minlərlə seçiciyə də söz vermişəm. İnşallah, bu insanları sevindirərik, onların səslərini və etimadlarını bir daha qazanarıq”.

 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə Rauf Arifoğlunun qalib elan edildiyi 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələrini ləğv edib.

 

Nəticələri ləğv edilmiş digər dairələr isə bunlardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir