Modern.az

Azərbaycanda ən çox qəza, tıxac və piyada vurulması qeydə alınan YOLLAR

Azərbaycanda ən çox qəza, tıxac və piyada vurulması qeydə alınan YOLLAR

3 Mart 2020, 15:18

Son illər Azərbaycanda görülən bütün tədbirlərə baxmayaraq, yol nəqliyyat hadisələri artmaqda davam edir.

 

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2019-cu ildə respublika ərazisində 1870 yol nəqliyyat hadisəsi baş verib. Bu hadisələrdə 821 nəfər ölüb, 1702 nəfər isə yaralanıb. Müqayisə göstərir ki, yol nəqliyyat hadisələrinin sayı 2018-ci ildə müqayisədə artıb. Belə ki, 2018-ci ildə 1817 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 722 nəfər həlak olub, 1711 nəfər yaralanıb.

Aktiv yolların, magistral şoselərin davamlı təmir edilməsinə, yenilənməsinə baxmayaraq, bəzi küçələr, prospektlər üçün yol nəqliyyat hadisələri xarakterik olaraq qalır.

 

Bu barədə Modern.az-a danışan avtosfer.az saytının rəhbəri Elməddin Muradlı yol nəqliyyat hadisələrinin çox olduğu yolların adlarını sadalayıb:

“Məsələn, paytaxta nəzər salsaq, Babək Prospektində təmirdən öncə qəzalar tez-tez baş verirdi. Çünki bu yolda geriyə dönmə nişanları, məlumatverici lövhələr və s. yox idi. Təmirdən sonra prospektdə yol nəqliyyat hadisələri xeyli azalıb.

Paytaxtın Heydər Əliyev prospektində piyadavurma hadisələri çox baş verir. Çünki yüksək sürət var, sürücülərin qarşısına maneə çıxdıqda manevr etdikdə yol nəqliyyat hadisəsi baş verə bilir. Bu zaman sürücü peşəkarlığı, yolun əlverişliliyi önəmlidir.

Neftçilər prospekti də yol nəqliyyat hadisələrinin sıxlıqla qeydə alındığı magistral yollardan biridir”.

 

  1. Muradlının sözlərinə görə, respublika üzrə isə Bakı-Qazax, Bakı-Şamaxı, Bakı-Quba magistral yolları daha çox qəzalarla yadda qalır:

“Hətta bu yollar təmir olunduqda belə, qəzaların sayında azalma müşahidə edilmir. Deyəsən, sürücülərimiz kələ-kötür yollara öyrəşdiklərindən, hamar yollarda naşılıq göstərirlər. Sürücülər hamar yola çıxan kimi sürəti artırır, təhlükə yaradırlar. Ona görə də magistral yollarda təhlükəsizliyi təmin etmək üçün sürücülərimizin yol hərəkət qaydalarına əməl etməsi vacibdir”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir