Modern.az

İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir

İqbal Ağazadə ilə Rauf Arifoğluna yeni rəqib gəlir

Ölkə

4 Mart 2020, 08:54

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Araz Əlizadə təkrar seçkilərə qatılmağı düşünür.

 

Bu barədə Modern.az-a Araz Əlizadə özü məlumat verib. O, qeyd edib ki, səhhəti imkan verdiyi təqdirdə təkrar seçkilərdə iştirak edəcək:

 

“Hələlik qəti bir qərarım yoxdur. Sağlamlığım imkan verərsə, seçkilərə qatılacağam. 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olmağı düşünürəm”.

 

Qeyd edək ki, A. Əlizadə V Çağırış Milli Məclisdə də 35 saylı Xətai üçüncü seçki dairəsini təmsil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar