Modern.az

Xəzərdəki bütün gəmilərdə dezinfeksiya işi aparılır

Xəzərdəki bütün gəmilərdə dezinfeksiya işi aparılır

4 Mart 2020, 12:08

Koronavirus (2019-nCoV) təhlükəsi ilə bağlı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-ni (ASCO) əks-epidemik profilaktik tədbirlər həyata keçirir.

 

Bu barədə Modern.az-a ASCO-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib.

Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri  (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub.

 

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?