Modern.az

Xanım deputatlar koronavirusdan necə qorunur? – “Tibbi maskadan istifadə etmirəm...”

Xanım deputatlar koronavirusdan necə qorunur? – “Tibbi maskadan istifadə etmirəm...”

Parlament

4 Mart 2020, 14:52

Koronavirus təhlükəsi dünya ölkələrində yayılmaqda davam edir. Virus daşıyıcılarının sayı və ölüm halları gündən-günə artır. Artıq Azərbaycana da gəlib çatan virusdan əziyyət çəkən 3 nəfər karantin şəraitində müalicə alır.

 

Təhlükə haqqında Modern.az-a danışan beşinci çağırış Milli Məclisin xanım deputatları virusdan qorunmağın yollarından, atdıqları addımlardan bəhs ediblər.

 

Deputat Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, Azərbaycanda koronavirus təhlükəsinin qarşısını almaq üçün ciddi profilaktik tədbirlər görülür:

 

“Amma təəssüf ki, ciddi panika yaratmağa çalışan qüvvələr var. Vaxtaşırı dünyada bu cür viruslar yayılıb və ölkəmiz hər birindən sığortalana bilib. Paytaxtda da, regionlardakı xəstəxanalarda da ciddi tapşırıqlar verilib, lazımi addımlar atılıb.

Hava-damcı yolu ilə keçən infeksiyalar digərlərinə nisbətdə daha təhlükəlidir. Adi bir ətiri üzərimizə vurduqda qoxusu aralıdan duyulur. Ona görə, virusu yaradan bakteriyalar da işıq sürəti ilə yayıla bilər”.

 

  1. İbrahimqızı qeyd edib ki, insanların çox olduğu yerlərdən uzaq olmaq, maskalardan istifadə etmək, tez-tez əl-üzünü sabunla yumaq lazımdır:

 

“Yaşadıqları və ya işlədikləri məkanlarda otağın havasını mütəmadi dəyişmək yaxşı olardı. Çünki belə virusların qapalı mühitdə yaşamaq, artmaq ehtimalı daha çoxdur.

İnanıram ki, dövlətin atdığı qabaqlayıcı addımlarla paralel olaraq, insanlar da özlərini sığortalasalar, koronovirusun ölkəmizdə yayılması önlənər”.

 

Deputat Sona Əliyeva isə bildirib ki, tibb işçiləri qədər ətraflı informasiyaya sahib olmasa belə, virusdan qorunmaq üçün gərəkli addımları atmağa çalışır:

 

“İctimai iaşə obyektlərindən, kafe və restoranlardan, insanların kütləvi toplaşdığı yerlərdən bir müddət uzaq qalmağa, ev heyvanlarına toxunmamağa çalışıram. Ət, yumurta kimi qidalar vasitəsilə belə bakteriyalar çox yayıldığından ehtiyatlı davranmaqda fayda var. Gündəlik tibbi maska istifadə etmirəm, amma çalışıram ki, immuniteti gücləndirmək üçün addımlar atam. Xüsusi vitaminlərdən, meyvə və tərəvəzdən çox istifadə etməyə, övladlarımı da buna istiqamətləndirməyə çalışıram. Əlləri tez-tez yumaq, spirtlə dezinfeksiya etmək, yaşadığımız evi təmiz saxlamaq və daimi havalandırmaq vacib məqamdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir