Modern.az

Məkkədən qayıdan zəvvar Türkiyədə karantinə alındı

Məkkədən qayıdan zəvvar Türkiyədə karantinə alındı

Dünya

4 Mart 2020, 17:10

Türkiyədə Ümrə ziyarətindən (kiçik Həcc ziyarəti) qayıdan bir nəfər koronovirus şübhəsi ilə karantinə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Kütləvi İnformasiya Vasitələrində məlumat yayılıb.

Fakt Sakarya vilayətinin Kaynarca ilçəsində qeydə alınıb. Ümrə ziyarətindən qayıtdıqdan sonra öskürək şikayəti artan xəstə Sakarya Universitetinin Təhsil və Araşdırma Xəstəxanasında müayinə edilib.

 

Yayılan məlumata görə, xəstədən götürülmüş qan nümunələri analiz üçün göndərilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır