Modern.az

Vüsal Hüseynov: “Vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilərin sayı artıb”

Vüsal Hüseynov: “Vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilərin sayı artıb”

5 Mart 2020, 12:02

2020-ci ilin əvvəlində vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilərin sayında 23 faiz artım olub.

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi  Vüsal Hüseynov deyib. O qeyd edib ki, cari ilin ilk iki ayında vətəndaşlıq üçün müraciət edən şəxsləri sayı 4822 nəfər olub. 

 

"Yanvar və fevral ayı ərzində readmissiya olunan şəxslərin sayı 70 nəfər olub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artım deməkdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı