Modern.az

Koronavirus gül bazarını da “vurdu” - 8 Martda qiymətlər bahalaşmayacaq

Koronavirus gül bazarını da “vurdu” - 8 Martda qiymətlər bahalaşmayacaq

Aktual

5 Mart 2020, 14:02

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir.

 

8 Mart, yəqin ki, ən çox gül bazarında canlanma yaradır. Xüsusilə də məktəblilər bu özəl gündə müəllimlərinə sevgilərini onlara gül buketi hədiyyə edərək bildirir.

 

Bu il isə vəziyyət fərqlidir. Çünki koronavirus səbəbi ilə bütün tədris, təlim-tərbiyə prosesi martın 9-na qədər dayandırılıb.

 

Maraqlıdır, məktəblərin bağlanması gül mağazalarına necə təsir edəcək? Qiymətlərdə yenə kəskin bahalaşma müşahidə olunacaqmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mövcud vəziyyət gül bazarına da təsirsiz ötüşməyəcək:

 

“Əslində hər dəfə bayramlardan əvvəl, xüsusilə də 8 Martdan qabaq qiymətlərdə ciddi artım müşahidə olunur. Bu il isə məktəblərin bağlı olması və 8 Mart bayramı günü də dərslərin olmaması gülə tələbatı bir az azalda bilər. Çünki əvvəllər ən azından bir çiçəklə olsa belə müəllimləri təbrik etmək istəyənlərin sayı çox olurdu".

 

 

N.Cəfərli onu da vurğulayıb ki, bahalaşma faizi əvvəlki illərdəki qədər yüksək olmayacaq:

 

“Məsələn, keçən il həmin günlərdə qiymətin 20-25 faiz baha olduğunun şahidi olduq. Bu, hər il təkrarlanırdı, ayın 10-dan qiymətlər əvvəlki qaydasına düşürdü. İndi ola bilər ki, 25 faiz civarında yox, daha az bahalaşma olsun. Yəqin ki, ayın 6-dan başlayaraq, 9-na qədər qiymətlərdə müəyyən dəyişiklik olacaq. Koronavirusla bağlı həm aktivliyin azalması, həm də məktəblərin, bağçaların bağlanması öz təsirini göstərə bilər. Amma az da olsa, qiymət artımına şahid olacağıq. İstər-istəməz 8 Martda gülə tələbat artır, bu da qiymətləri qaldırmağa əsas yaradır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?