Modern.az

Qarabağ müharibəsi əlili ölkə rəhbərliyindən kömək istədi - FOTO

Qarabağ müharibəsi əlili ölkə rəhbərliyindən kömək istədi - FOTO

Aktual

5 Mart 2020, 18:50

Birinci qrup Qarabağ müharibəsi əlili Musayev Vəkil Famil oğlunun köməyə ehtiyacı var.

 

Modern.az xəbər verir ki, qaraciyər serrozu diaqnozu qoyulan Qarabağ əlili bir aya yaxındır ki, 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşko) müalicə olunur.

 

Xəstəliyi ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini deyən qazimiz təcili şəkildə əməliyyat olunmalıdır.

 

O, saytımıza bildirib ki, əməliyyat geciksə, həyatı təhlükə qarşısanda qalacaq.

 

Qeyd edək ki, Vəkil Musayev 1992-ci ildə Qarabağ savaşında sağ ayağını itirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür