Modern.az

Sumqayıtda evdən boğularaq öldürülmüş qadın meyiti tapıldı

Sumqayıtda evdən boğularaq öldürülmüş qadın meyiti tapıldı

Hadisə

6 Mart 2020, 08:14

Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.

 

Hüquq-mühafizə orqanları mənzillərdən birinə keçirdiyi baxış zamanı qadın meyiti aşkarlayıblar. Meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızı olduğu məlum olub.

 

23 yaşlı gəncin boğularaq öldürüldüyü ehtimal edilir və onun ölüm səbəbi aparılan ekspertizadan sonra daha dəqiq məlum olacaq. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır