Modern.az

Yaradıcı gənc ordusu yarada bilərik?

Yaradıcı gənc ordusu yarada bilərik?

İqtisadiyyat

2 Aprel 2012, 13:09

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Yaradılanın necə yaradıldığını öyrənmədən yaradıcı olmaq fikrimcə qeyri mümkündür. Yaradıcı insan yetişdirmək üçün insanı sərbəst düşünməyə vadar etmək lazımdır. Bunu təməldən, yəni uşaq öz adını deməyə başlayandan aşılamaq lazımdır. Uşağa `ev` qurub, bax  gör necə gözəl evdi demək yox, uşağın öz təxəyyülü ilə qurduğu evə necə gözəl `evdi` demək lazımdı. Uşaq bağçaya gedir və müəllim qarşısına bir gül şəkili qoyub deyir ki, bu güldü və sən bunu çəkməlisən. Uşaqsa kor-peşman  şəkili olduğu kimi çəkir. Halbuki, müəllim ona bir neçə şəkil göstərib seçməyini və özü görmək istədiklərini çəkməyini deməli idi.

Məktəbdə də bağçadakı hadisələr təkrarlanır. Fənnlər sadəcə əzbərlədilir. Yəni gələcəyimizin gəncləri şablonlaşdırılır. Bu gün hansı şagirdə sual versək ki, Atropatena nə zaman müstəqil idarə olunub? Tam əminəm ki, hər biri bu sualı düzgün cavablandıracaq. Amma desək ki, Atropatena harda yerləşib? Çox az bir hissəsi buna cavab tapa biləcək. Bundansa belə məlum olur ki, savadsız, oxumayan şagirdlərimiz yox sadəcə düzgün istiqamətləndirilməyən gələcəyimiz var. Mən tək tarixdən misal gətirdim, amma sizi tam əmin edə bilərəm ki, digər fənnlərin də aqibəti belədir. Ədəbiyyat nəzəriyyə  və ya yazıçıların doğum və ölüm tarixlərinin öyrədilməsi baxımından öyrədilir. Hansı şagirdən  nümunə kimi bir şeir deməsini və ya əsəri öz düşündüyü kimi izah etməsini istəsək bir nəticə ala bilməyəcəyik. Bu misallar siyahımı daha da uzada bilərəm, hətta texniki fənnlərə belə aid edə bilərək, lakin çərənçilik etmək istəmirəm. Bir onu bilirəm ki, biz uşaqların qabağına dadlı `dolma` bişirib qoyuruq və yeməyini istəyirik. Bir gün gəlir ki, ondan da `dolma` bişirməyini tələb edirik. O vaxt uşaq, indi isə gənc olan bu şəxs sadəcə gözünü döyərək üzümüzə baxır.Axı biz ona nəyi necə edəcəyini, yarpağı necə qatlayacağını öyrətməmişdik. Digər məsələ isə daha da ciddidir. Bu gün məktəblərdə `Bədən tərbiyə`, `Əmək təlimi`,`Musiqi` fənnlərinə laqeyd yanaşılır. Halbuki, qabaqcıl saydığımız Yaponiyada bu fənnlərə böyük önəm verilir.
Bizim müəllimlərimizsə elə zənn edirlər ki, təkcə zehni əməklə məşğul olmaqla dahi yetişdirmək olar. Fiziki əməksiz zehni əmək heç nəyə qadir deyil. Fiziki əmək belə insanı dincələrək düşünməyə vadar edir. `Əmək təlimi` dərsində bir dəfə səhv düzəltdiyi bir fiquru o biri dəfə düz düzəldirsə uşaq deməli nələrəsə nail olub. Ən əsası isə bu səhvə bir də yol verməyəcək. Bəzən məktəbə bünövrə deyirlər. Çünki belə düşünülür ki, bizim təməlimiz burada qoyulur. Lakin belə deyil. Mən məktəbdə bünövrəsi zəif olan bir ev ucatmışdım və I kursda bu ev tamamilə uçdu. Məktəbdən mənə yalnız qalan sağlam kərpiclər oldu. Bununla demək istəyirəm ki, biz davamçılarımızı həyata hazırlamırıq. Mənim məqsədim bu problemləri sadəcə göstərmək deyil. Bunların həlli tam göz qabağındadır fikrimcə. Bunları həll etməklə tam yaradıcı gənc ordusu yarada bilərik. Bizə də məhz bu lazım idi.     

Digər bir məsələ isə yeniyetmələrin dinlədiyi musiqilərdir. Bu musiqilər çox böyük qüvvəyə malikdir. İsabat edim? Gəlin 80-ci ildə dünyaya göz açan insanlara nəzər salaq. Onların yeniyetməlik dövründə `Əmrah` adlı bir musiqiçi çox məşhur idi. Onun oxuduğu musiqilər isə sevgiyə aid idi. İndi o insanların əksəriyyəti sevgi yolunda mümkünsüzü mümkün etməyə, o yolda ölümə belə gətməyə hazırdırlar. Deməli biz də bu yolla yaradıcı gənclər yetişdirə bilərik. Çox sevilən bir musiqiçi, çox xoşa gələn bir musiqi və çox təsirli və düşündürücü sözlər buna qadirdir.            

Röya Hüseynova

BDU III kurs Jurnalistika
   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü