Modern.az

Neftin ucuzlaşmasına baxmayaraq, SOCAR-ın əməliyyatları dayanıqlıdır

Neftin ucuzlaşmasına baxmayaraq, SOCAR-ın əməliyyatları dayanıqlıdır

7 Mart 2020, 15:36

Rusiya ilə OPEK təşkilatına üzv ölkələr arasında neft hasilatının azaldırlması barədə razılaşmanın pozulması dünya nbazarında neftin süərtlə ucuzlşamasına yol açıb.

 

Modern.az xəbər verir ki, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) rəsmi nümayəndəsi İbrahim Əhmədov şirkətin buna görə maliyyə itkiləri ilə üzləşəcəyini istisna etməyib. Amma şirkət rəsmisi düzgün investisiya siyasəti nəticəsində bunun şirkətə ciddi ziyan vurmayacağını da əlavə edib:

“SOCAR son illər qeyri-konvensional neftin hasilatına yatırımlar etməyib. Bizim investisiyalarımız əsasən Azərbaycanda və ölkə xaricində neft emalı və neft-kimya komplekslərinə olub. Bu bizə biznes portfelimizi tarazlaşdırmağa və bir məhsul növündən asılılığı azaltmağa şərait yaradıb.”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir