Modern.az

Prezident Administrasiyası fəaliyyətini məhdudlaşdırdı

Prezident Administrasiyası fəaliyyətini məhdudlaşdırdı

8 Mart 2020, 11:00

Gürcüstanda Prezident Administrasiyası fəaliyyətini martın 8-dən 16-dək məhdudlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu qərar olkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib.

 

Administrasiyanın yaydığı məlumatda deyilir ki, martın 8-dən 16-dək Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

 

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

 

Bu məhdudiyyətlərə baxmayaraq, Administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...