Modern.az

DİN Saatlıdakı qətllə bağlı məlumat yaydı

DİN Saatlıdakı qətllə bağlı məlumat yaydı

Hadisə

9 Mart 2020, 12:22

Daxili İşlər Nazirliyi (DİN) martın 7-də Saatlıda baş vərən qətllə bağlı məlumat yayıb.

 

Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir