Modern.az

“Bahar qalxanı” yoxsa, “Baharın yüzbeşinci anı”?

“Bahar qalxanı” yoxsa, “Baharın yüzbeşinci anı”?

10 Mart 2020, 16:46

“Türk olmaq çətindir, çünki dünya səninlə savaşır, Türk olmamaq daha çətindir, çünki Türklə savaşırsan!”.

 

105 saniyə Putin-Ərdoğan görüşündən əvvəl  Türkiyə nümayəndə heyətinin Rusiya  tərəfindən gözlədildiyi 1 dəqiqə 45 saniyəlik vaxtdır. Deyirlər ki, Putin belə davranmağa Məşədi İbad demiş bir növ “adətkarda” olub.

Rusiya başçısı ən çox Almaniyanın kansleri Angela Merkeli gözlədib - Merkel 2014-cü ildə 4 dəqiqə 15 saniyə gözləyib. Rusiya lideri 2003-cü ildə 14 saniyə Böyük Britaniyanın kraliçası II Yelizavetanı, 2018-ci ildə isə 45 saniyə ABŞ Prezidenti Donald Trampı da gözlədib. Siyahını davam etdirmək olar.

Başqalarını niyə gözlətdiyi mənim üçün o qədər də maraqlı deyil. Rusiya, daha doğrusu desək Putin bunu niyə elədiyini yəqin ki, dəqiq bilir. Biz yalnız ethimalları irəli sürə bilərik.

 

Biraz keçmişə qayıdaq, Türkiyənin S-400 aldığı vaxtlara. Məncə bu Rəcəb Tayyib Ərdoğanın strateji addımı idi. Kəsə deyim, bu komleksi o vaxt almasaydılar, Türkiyə dronları Rusiyanın  anaoloji silahlarını məhv edə bilməyəcəkdi. Çünki, həmin silahların radar sistemlərini öyrənməyin başqa yolu yox idi.

 

Razılaşırsınızmı?

Rusiyanın dəstəklədiyi Əsəd rejiminin İdlibdə strateji mövqedəki M4 və M5 yollarının nəzarətini ələ keçirmək təşəbbüslərinə Türkiyə razı olmadı. “Bahar qalxanı”  ordununun  həqiqi gücünü də göstərdi. Hava məkanının döyüş təyyarələrinə bağlı olmasına baxmayaraq, silahlı pilotsuz uçuş aparatlarından (SPUA) istifadə edərək İdlib ətrafındakı Suriya rejiminə məxsus bütün hərəkəti ünsürləri məhv etdi.  Əməliyyatın ikinci günündə 2500-dən çox (rəsmi rəqəmlər) canlı qüvvə məhv edildi, iki ədəd SU-24 və L-36 növ döyüş təyyarəsi də Türkiyə tərəfindən düşürüldü. Rejimin itkiləri bunlarla məhdud deyil; hava müdafiə sistemləri, topçu batareyaları və çox sayda zirehli texnikası da rejimin itkiləri arasındadır. Türk Ordusu SPUA hücumları ilə müharibə tarixində yeni bir mərhələnin başlamasını sübut etdi.  

 

Hal-hazırda qardaş ölkə dron istehsal edən 6 dövlətdən biridir. Effektivliyinin sübut edildiyi dronlardan gedir söhbət.

Vlamir Putin  əməliyyatın ilk günlərində hamilk etdiyi ölkənin (təkcə onunmu?)  itkiləri qarşısında hər hansı mövqe göstərməsə də bu çox çəkməd:  Serakip bölgəsinə Rusiya hərbi polisini göndərildi. Rusiya “Biz burdayıq” dedi.

 

Görüşdən iki gün əvvəl İdlibdə çəkilişlər aparan rusiyalı hərbi jurnalistin sözlərini xatırlayırsınızmı?

“Hətta vəziyyət o yerə çatıb ki, türk PUA-ları hərəkət edən hər şeyi vurur. Buna rejimə məxsus hərbi konvoy, avtomobillər, hətta motosiklet də daxildir”, - jurnalist bildirmişdi.

Putin  5 martda bir araya gəldiyi Ərdoğana öz qəzəbini necə göstrəməliydi ki?

 

Pisi odur ki, Rusiya televizyaları Putinin bu gözlətmə qisasına haqq qazandıraraq tamaşaçıya təqdim etdi. Türk heyətinin gözlədiyi salonda Suvorovun portetinin olmasını vurğulamaqla, ekranın sol alt güncündə  taymeri göstərməklə, sanki, “fəxr elədi”.  Əlbətdə, bu təsadüfü deyildi, Rusiya jurnalistikası informasiya müharibəsində planlı addımlar atdığını çoxdan sübut edib. 

 

I Pyotrun vəsiyyətində nə deyilirdi?

Amma, vəsiyyətdəki arzular gözlərində qalacaq – səbəb yazının əvvəlində olan aforizmdə göstərilib...

 

Şöhrət Eyvazov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir