Modern.az

Elman Rüstəmovdan Əhaliyə ÇAĞIRIŞ - “Bizə kömək edin ki, problemi daha tez həll edək”

Elman Rüstəmovdan Əhaliyə ÇAĞIRIŞ - “Bizə kömək edin ki, problemi daha tez həll edək”

11 Mart 2020, 13:27

“Bizim kifayət qədər strateji valyuta ehtiyatlarımız var, bunu unutmaq olmaz”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsirlərilə bağlı sualları cavablandırarkən bildirib.

 

E.Rüstəmov qeyd edib ki, Dövlət Neft Fondunun transferləri dəyişmir:

 

“AMB-nin öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları var. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək. Azərbaycan iqtisadiyyatı neftin hazırkı qiymətinə Rusiyadan daha çox tab gətirə bilər”.

 

“Məzənnədə dəyişiklik olmasın deyə, tədbirlər görürük, deməli, bu faktorun inflyasiyaya təsirini gözləmirik. Lakin obyektiv faktorları da bilirik. Koronavirusun yayılması ilə müəyyən təchizat problemləri ortaya çıxa, müəyyən fırıldaqçılar bundan istifadə edə bilər. Hökumət bu məsələni nəzarətdə saxlayacaq”,-deyə AMB sədri vurğualyıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı