Modern.az

Məşhurların ailəsində canlanma - “Hə”si verilənlər, nişanlananlar, toy edənlər

Məşhurların ailəsində canlanma - “Hə”si verilənlər, nişanlananlar, toy edənlər

Mədəni̇yyət

11 Mart 2020, 13:46

2020-ci ilin ilk aylarında şou-biznes aləmində müəyyən canlama baş verib. Təbii ki, bu canlanma məşhurların şəxsi həyatları ilə bağlıdır.

 

Belə ki, bir çox məşhurlar və məşhur övladları subaylığa əlvida deməyə başlayıb.

 

Modern.az həmin siyahını təqdim edir:

 

İlk toy xəbəri məşhur müğənni, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişandan gəldi. Fevralın 1-də şəhər restoranlarından birində baş tutan məclisdə şou-biznes nümayəndələri iştirak ediblər. Oğlan toyu isə, fevralın 8-də Ağcabədi rayonunda baş tutub. Buna səbəb isə Kənan Əliyevin qohumlarının və ailə yaxınlarının Ağcabədidə yaşamasıdır.

 

Qeyd edək ki, Aynişan fitnes məşqçisi Kənan Əliyevlə ailə həyatı qurub. Cütlüyün rəsmi nikahı 26 yanvar tarixində baş tutub.

 

Xalq artisti Fidan Qasımova və Əməkdar artist Nahidə Orucova da övladlarına toy edənlər siyahısındadırlar. Belə ki, aktrisanın qızı Bilqeyis, opera ifaçısı Fidan Qasımovanın oğlu Fəridlə ailə həyatı qurub. Cütlüyün toyu fevralın 9-da baş tutub. Məlumat üçün bildirək ki, Fərid və Bilqeyisin nişanı avqust ayında olub.

 

Fevralın 16-sı Xalq artisti Nəzakət Teymurovanın qızı Nigarın elçiliyi olub. İfaçı kürəkəni barədə məlumat verməsə də, qızının “hə” mərasimi ilə bağlı görüntüləri sosial media hesabında paylaşaraq bunları yazıb: “Gözümün ağı-qarası bir qızım, xoşbəxt ol. “Həri” günün mübarək”. 

 

Xalq artisti Mələkxanım Əyyubovanın da həyətindən vağzalı sədaları eşidiləcək. Belə ki, ifaçı aprel ayında qızı Nəzrinə toy edəcək. Xatırladaq ki, Nəzrinin nişan mərasimi ötən ilin dekabrında baş tutub.

 

Xalq artisti, aktyor Ağaxan Salmanlının nəvəsi Ləman Salmanova fevralın 28-də ailə həyatı qurub. Həmin toyda iştirak edən aktyor səhərisi gün elə nəvəsigilə qonaq gedərkən, yolda maşında dünyasını dəyişib.

 

Tanınmış müğənni Sevda Yəhyayeva ailə həyatı qurmağa hazırlaşır. Martın 8-də müğənnin  elçilik mərasimi  baş tutub. Evdə gerçəkləşən mərasimdə Sevdaya nişan üzüyü taxılıb.

 

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər