Modern.az

“Özümü gümrah hiss edirəm” - Canəli Əkbərov

“Özümü gümrah hiss edirəm” - Canəli Əkbərov

Mədəni̇yyət

11 Mart 2020, 16:24

Son günlər sosial mediada Xalq artisti Canəli Əkbərovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az xanəndənin  səhhətini öyrənmək üçün özü ilə əlaqə saxlayıb.

 

Canəli Əkbərov səhhətinin yaxşı olduğunu deyib:

 

“Vəziyyətim çox yaxşıdır. Hazırda da qonaqlarım var. Elmdən tutmuş, mədəniyyətə qədər bütün mövzulardan danışırıq. Narahat olmağa dəyməz. Hər şey əladır. Dünən də doğum günüm idi. Özümü gümrah hiss edirəm. İnanırsınız dünəndən telefonum susmur. Hər kəsə öz təşəkkürümü bildirirəm ki, məni həmişə yad edib, diqqətdə saxlayırlar”.

 

Xanəndə prezident İlham Əliyevin onu ordenlə təltif etməsindən də danışıb.

 

“İndiyə qədər bu ad məlum deyildi. Bu orden SSRİ vaxtında “Sosialist Əmək qəhrəmanı” adı ilə adlandırılırdı. İndi isə dəyişib adı 1-ci dərəcəli Əmək ordeni olub. Məhz buna görə ulu öndərimizin yadigarı cənab prezidentimiz İlham Əliyevə öz hörmət və ehtiramımı bildirirəm. Mənim üçün bundan gözəl hədiyyə ola bilməzdi. Çox sevinirəm ki, mən də bu xalqın milli musiqi mədəniyyətinin carçısıyam”, - deyə xanəndə bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir