Modern.az

Həyat yoldaşını və ögey oğlunu öldürən azərbaycanlıya AĞIR CƏZA

Həyat yoldaşını və ögey oğlunu öldürən azərbaycanlıya AĞIR CƏZA

Hadisə

12 Mart 2020, 10:13

Rusiyanın Kaluqa şəhərində həyat yoldaşın və azyaşlı övladını öldürən Azərbaycan vətəndaşı 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hökm Azərbaycan Məhkəməsi tərəfindən çıxarılıb. 2017-ci ilin iyulunda Kaluqanın General Popov küçəsində mənzillərdən birində ittiham olunan şəxslə həyat yoldaşı arasında mübahisə olub. Əsəblərinə hakim olmayan Azərbaycan vətəndaşı yoldaşını boğaraq öldürüb, bundan sonra isə evə qayıdan azyaşlı oğulluğunu da boğub.

 

Uzun müddət Azərbaycan ərazisində gizlənsə də, o saxlanılır. Azərbaycan vətəndaşının Rusiyaya verilməsi beynəlxalq hüquqa zidd olmasına görə, cinayət materialları Bakıya göndərilib və yerli məhkəmə hökm çıxarıb.      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır