Modern.az

İTV-dən özünü binadan atan əməkdaşı ilə bağlı AÇIQLAMA

İTV-dən özünü binadan atan əməkdaşı ilə bağlı AÇIQLAMA

Hadisə

12 Mart 2020, 15:06

Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

 

Bu barədə Modern.az-a şirkətdən məlumat verilib.

 

Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb:

 

"Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir".

 

Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: "Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir