Modern.az

“Oskar”lı aktyor və yoldaşı koronavirusa yoluxdu

“Oskar”lı aktyor və yoldaşı koronavirusa yoluxdu

Aktual

12 Mart 2020, 15:28

Məşhur Hollivud ulduzu Tom Henks və həyat yoldaşı da koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, 63 yaşlı məşhur aktyor sosial media hesabında verdiyi açıqlamada həyat yoldaşı Rita Vilson ilə Avstraliyada koronavirusa yoluxduqlarını bildirib.

İki “Oskar” sahibi aktyor film çəkilişləri üçün getdikləri Avstraliyada xəstələndiklərini və edilən test nəticəsində koronavirusa yoluxduqlarının təsdiqləndiyini yazıb.

 

Henks hamını son yeniliklərdən xəbərdar edəcəyini də sözlərinə əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir