Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda avtovağzal yaxınlığında qeydə alınıb.

 

Belə ki, dönmə əməliyyatını düzgün yerinə yetiməyən yük avtomobili divara çırpılıb. Nəticədə beton piltə daşıyan avtomobil yolu bağlayıb. Hadisə səbəbindən Bakı Dairəvi 1 yolundan gələn avtomobillər üçün şəhərə giriş bağlanıb.

 

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.