Modern.az

Milli Məclisin iclası başladı - Məzahir Pənahov deputatlara vəsiqələri təqdim edib

Milli Məclisin iclası başladı - Məzahir Pənahov deputatlara vəsiqələri təqdim edib

13 Mart 2020, 12:00

Milli Məclisin iclası öz işinə başlayıb.

 

Modern.az-ın məlumatına görə, iclası Milli Məclisin sədri Sahibə Qafarova açıb.

 

Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov altıncı çağırış parlament üzvlərinə deputat vəsiqələrini təqdim edib.

 

MSK sədri çıxış edərək bildirib ki, fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib:

 

"Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür