Modern.az

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti uzadıldı - QANUN

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti uzadıldı - QANUN

Parlament

13 Mart 2020, 13:40

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay müddətinə uzadıldı.

 

Modern.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, qanunun III maddəsində “4 (dörd) il” sözləri 4 il 9 ay sözləri ilə əvəz edilir.

 

Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 2019-cu il fevralın 19-da Qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (2020-ci il martın 4-dək) uzadılıb.

 

Məsələ müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?