Modern.az

Milli Məclisin ilk iclasında nələr oldu - JURNALİSTİN GÖRDÜKLƏRİ

Milli Məclisin ilk iclasında nələr oldu - JURNALİSTİN GÖRDÜKLƏRİ

Parlament

13 Mart 2020, 15:00

Bu gün Milli Məclİsin plenar iclası bir çox məqamları ilə yadda qaldı. Deputatlara mandatı təqdim edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov kimsəylə əl ilə görüşmədi.

 

Bunun səbəbi hər kəsə bəlli olan koronavirus məsələsi idi. Bunu kəsdirə bilməyən bəzi deputatlar MSK sədrinə əl uzatsalar da, əlləri havada qaldı.

 

Milli Məclisin keçmiş spikeri Oqtay Əsədov mandatını alan deputatlar arasında görünmədi. Görünür elə buna görə də, onun adı çəkilmədi.

 

Daha maraqlı məqamlar da var idi ki, onları diqqətə çatdırırıq.

 

Plenar iclas başlayanda abı-havadan da hiss olunur du ki, bəzi deputatlar həmkarları, xanım spiker Sahibə Qafarovanın idarəçilik bacarığını yaxşı bilmirlər.  

 

Hər şey onların gözlədiyinin əksinə oldu.

 

Sahibə Qafarovanın həm elmi və bilik səviyyəsi, həm beynəlxalq parlament təcrübəsi, həm siyasi bacarığı, həm də mədəni davranışı və təmkini ilə belə gözləntidə olanları məyus etdi.

 

Elə ilk andaca məlum oldu ki, bəzi deputatların yeri gəldi, gəlmədi “səsə qoyaq” replikası daha işləməyəcək. Yəqin daha plenar iclsda belə gərəksiz replikalar olmayacaq.

 

Sahibə Qafarova prosedur qaydaları pozanlara da mədəni şəkildə xəbərdarlığını etdi. Və hərə öz payını götürdü.

 

Və iclasın sonunda tamam  fərqli abi-hava yarandı.

 

Öz aralarında bu məsələni müzakirə edən jurnalistlər belə qənaətə gəldilər: Sahibə Qafarovanın rəhbərliyi ilə keçirilən ilk plenar iclas Oqtay Əsədovun indiyədək keçirdiyi bütün iclaslardan daha səliqəli, daha mükəmməl idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi