Modern.az

 “Milli Məclisdə iki yeni şöbə yaradılmalıdır” - Siyavuş Novruzov

 “Milli Məclisdə iki yeni şöbə yaradılmalıdır” - Siyavuş Novruzov

13 Mart 2020, 14:35

“Milli Məclisdə ən azı iki şöbə yaradılmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

 

S. Novruzov deyib ki, həm daxil olan qanun layihələrinin öyrənilməsi, həm də dil baxımından şöbələr yaradılmalıdır: “Regional məsələlər şöbəsinin ixtiyarında kəndlərin, küçələrin adının dəyişdirilməsi ilə bağlı çoxlu məsələ var. Mən Nizami Cəfərovla danışmışam ki, ancaq onun adı komitəyə daxil edilməyib”.

 

Spiker Sahibə Qafarova Nizami Cəfərovun Regional Məsələlər Komitəsinin üzvü seçilməsinə müsbət yanaşıb.

 

Nizami Cəfərov komitənin üzvü seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat