Modern.az

İtalyanlardan koronavirusa qarşı qeyri-adi mübarizə - VİDEO

İtalyanlardan koronavirusa qarşı qeyri-adi mübarizə - VİDEO

Dünya

14 Mart 2020, 13:26

Koronavirus pandemiyasının Çindən sonra ən çox təsir etdiyi İtaliyada bütün ölkə karantindədir. Koronavirus təkcə ötən gün  İtaliyada 250 nəfərin ölümünə səbəb olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, karantində olan İtaliya əhalisi koronavirusa qarşı əhvallarını qaldırmaq üçün balkon və pəncərələrdə məşhur bir italyan xalq mahnısını oxumağa başlayıb.

 

İlk dəfə İtaliyanın Toskana bölgəsinin Siena şəhərində boş küçələrdən birində oxunmağa başlayan mahnının videosu tezliklə internetdə yayılıb.

 

Daha sonra Florensiya, Neapol, Turin kimi şəhərlərdə də mahnı oxuyan, musiqi alətində ifa edən sakinlərin maraqlı görüntüləri ortaya çıxıb.

 

Bölgənin ən məşhur mahnılarından olan “Canto della Verbena” xalqın dayanıqlılığını simvolizə edir.

 

Qeyd edək ki, son rəsmi rəqəmlərə görə, İtaliyada ölənlərin sayı 1266, yoluxanların sayı isə 17660 nəfərə çatıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı