Arxiv
16 mart 2020, 12:09 | TƏHSİL
Müəllimlər onlayn dərslərdən zövq almırlar

Artıq bütün dünyada ali təhsilin formasında kəskin surətdə yeniliklər edilmiş, bu işlər hər gün daha da sürətlə davam etdirilir. Ağıllı dərs otaqları, kütləvi açıq online kurslar, rəqəmsal texnologiyalar alı təhsili tam əhatə etməkdədir. İnnovasiyaların başgicəlləndirici surəti tədrislə məşğul olanlar qarşısında belə bir məsələ qoymuşdur ki, texnologiyaları təlim prosesinə necə uyğunlaşdırsınlar.

 

Koqnitiv tədqiqatlarla məşğul olduğuma görə bu sahədə zaman-zaman yeni dövr nəşrlərlə maraqlanıram. Bu yaxınlarda Harvard Universitetinin nəşriyyatında işıq üzü görən “Minds Online. Teaching Effectively With Technology” (Ağıllar online-a. Texnologiyalarla səmərəli təlim) adlı kitabında Şimali Arizona Universitetinin psixologiya professoru Mişel Miller onlayn dərslərin necə təşkil olunmasından, ağlın, zehnin, insan təfəkkürünün bilikləri necə assimilyasiya etməsindən, sürətlə dəyişən mühitdə əldə olunan təcrübənin məsafədən necə ötürülməsindən bəhs edir.

 

Hamımız məsafədən, internet üzərindən tədrisin təşkilinin önəmli cəhətlərini sübut etməyə çalışırıq və hərə israrla öz arqumentlərini gətirməyə cəhd edir. Amma  tələbə-şagirdlə üzbəüz olmadan məsafədən biliyin ötürülməsinin texnoloji problemi yoxdur, yaxşı internet varsa, bu iş baş tutacaq. Bununla belə, ötürülən materialın, biliyin mənimsənilməsini də yaddan çıxartmaq lazım deyil. Diqqətin, yaddaşın, yüksək təfəkkür proseslərinin (tənqidi təfəkkür və analitik düşüncə) texnologiya-əsaslı öyrətmə vasitəsilə necə formalaşdırmağı bilmədən biz lazımı nəticə əldə edə bilməyəcəyik. Üzbəüz dərsin sillabusu ilə  onlayn dərsin sillabuslarının da fərqli cəhətlərini yaddan çıxartmaq olmaz. Tam  onlayn  dərslər üçün koqnitiv cəhətdən optimallaşdırılmış sillabusların tərtibi daha önəmlidir ki, sonda lazımı nəticə əldə oluna bilinsin.  İnternet əsrində doğulmuş nəsil üçün təlim texnologiyalarından istifadə şübhə etmirik ki, onlarda bir məmnunluq hissi yaradacaq. Amma bizim üçün əsas olan lazımı tədris proqramının yerinə yetirilib mənimsənilməsidir.

 

Təlim texnologiyalarının bu gün daha da önə çıxmasının bir səbəbi də son bir neçə ayda bütün dünyaya yayılan koronavirusla əlaqədar olaraq tədris sahəsində yaranmış çətinliklərdir. Məlum səbəblərdən tədris prosesi bir müddət dayandırılmışdır. Artıq Təhsil Nazirliyi tərəfindən də tədris prosesində yaranmış bu vəziyyətlə bağlı müvafiq addımlar atılmış, onlayn dərslərin tədrisinə başlanmış, lazımı tədbirlərin görülməsi işi isə davam etdirilir. Bütün bunları, eləcə də bir çox ali təhsil müəssisələrində onlayn təhsillə bağlı tədrisin başlanmasına cəhdlər edilməsini nəzərə alaraq virtual tədrisin təşkilinə dair öz mülahizələrimizi bölüşmək istərdik.

 

Koronavirus təhlükəsi başlayandan bəzi universitetlər məlumat xarakterli müxtəlif broşurlar, kitabçalar nəşr etdirib pulsuz paylamağa başladılar. Onlardan bəzi nümunələri təqdim edək.

 

Stanford Universiitetinin (Kaliforniya ştatı) hazırladığı “Fövqəladə hallarda səmərəli öyrətmə” adlı kitabçada sinxron (eyni vaxtda) və asinxron (müxtəlif vaxtda) səmərəli təlimin fərqlərini izah edir, onların üstün və çatışmayan cəhətlərini göstərir, virtual olaraq tədrisin təşkilini təlimatlandırır.

 

Vanderbilt Universitetinin (Tennesi ştatı) Təlim mərkəzi universitet əməkdaşları və tələbələr üçün “Əsl zamanında  onlayn təlim” adlı təlim-texnoloji məsləhət kitabçası hazırlamışdır. Kitabçada  onlayn öyrətmənin addım-addım prinsipindən necə istifadə etmək qaydaları izah olunur.

 

Bütün oxunan ədəbiyyatlardan əldə etdiyimiz qənaət budur ki, onlayn təlimin və təlim texnologiyalarının yeganə məqsədi dərslərin planlaşdırılmış çərçıvədən geri qalmamasını təmin etməkdir. Bunun üçün hansı işləri görmək yaxşı olardı?

 

Əvvəlcə təqdim olunacaq materialları saf-çürük etmək lazımdır. Onlar onlayn tədris üçün əlçatan ola bilərlərmi? Tələbələr onlara lazım olan təlimatları və tapşırıqları  onlayn təlimdən ala biləcəklərmi? Tələbələr onlara verilən tapşırıqların həllinin müəllimə qaytarılması formasını tam anlayıblarmı? Tapşırıqların təhvil verilmə vaxtı hamıya çatdırılıbmı, həmin tarixlərdə dəyişiklik olubmu?

 

Tələbələrin inkişafı, proqramı-materialı mənimsəməsi haqqında şərhləri, reaksiyaları müəllim necə əldə edəcəkdir, tələbələr fənnin tədrisindən əldə etdikləri əsas bacarıq və vərdişləri necə tətbiq edəcəklər? Belə şeyləri adətən sinifdə çox rahat edə bilərdilər. Siz onlara hansı şansları verəcəksiniz ki, öyrəndiklərini təcrübədə tətbiq etsinlər və kiçik həcmli, böyük həcmli lazımı tapşırıqları sizə qaytarsınlar. Əgər siz otaqda dərs zamanı tələbələrin təcrübələri və tapşırıqları üçün çox dərs vaxtı sərf etmirdinizsə, indi onun üçün yaxşı fürsət yaranır ki, siz fənninizin həmin aspektini daha da inkişaf etdirə bilərsiniz. Məsələn, əgər tələbələr öz bilik-bacarıqlarını sinifdaxili müzakirələrdə müzakirə etməklə tapşırıqları təhlil və sintez edirlərsə, onlar  onlayn formada mətnin şərhini birgə olaraq yerinə yetirə biilərlər.  (Harvard Universitetinin yaratdığı “Perusall e-reading” proqramı da bu işdə yaxşı nəticə verə bilər).

 

Özünüzün sinifdə etdiyiniz təcrübədən istifadə köməyinizə gələcək. Yadınıza salın ki, sinifdə vaxtı normal olaraq daha çox nəyə sərf edirdiniz. (məs. Məzmunun təqdim olunması, onun başa düşülmə səviyyəsinin yoxlanılması, birgə layihə işlərinin verilməsi daha çox sizin nəzərinizdə olmalıdır, nəinki “mühazirə”, “müzakirə”, “test tapşırıqları” deməklə. Əgər siz qarşınıza qoyduğunuz o məqsədləri yadda saxlasanız  onlayn  rejimdə onlara daha yaxşı nail olacaqsınız. Bu mini-refleksiya (imic) sizə kömək edəcək ki, siz hansı vasitələrdən – sinxron (eyni vaxtda) məşğul olma vasitələrindən (məs. Real zaman kəsiyində “Zoom meeting” deyilən forma), yoxsa asinxron formadan (məs. Narrativ videolar, yaxud “VoiceThread” vasitələr), yaxud hər iki formanın müəyyən kombinasiyasından istifadə etməklə online təlimi yerinə yetirəsiniz.

 

Hər hansı bir yüksək-tutumlu (dərəcəli) tapşırıqların, xüsusilə də imtahanların, təşkili üçün nə edəcəyiniz barədə qərar qəbul edin. Bu heç də asan məsələ deyil, ən azından ona görə ki, imtahan tələbənin çox həssas yeridir. Ya da, daha az nəzarət tələb edən formadan – layihələrin təqdimatı ilə nəticə əldə edə bilərsiniz.

 

Fənn materiallarına gəldikdə isə, çox ehtimal ki, siz onların hamısını tələbələrinizə artıq göndərmisiniz. Bununla belə bir daha əmin olmaq üçün yoxlayın ki, göndərilən materialların hamısı (oxu materialları, videolar, test tapşırıqları, xüsusilə də fənn sillabusları) tələbələrə çatıbdır.

 

Elə ki, hər şeyi tamamlamısınız, siz artıq işə başlaya bilərsiniz. Bu “işin” (oyunun) adı kommunikasiyadır. Bütün bu qeyri-müəyyənliklər fonunda, siz mümkün qədər aydın, səlis, tələsmədən, hər şeyi izah etməlisiniz. Tələbələr bilsinlər ki, onlar həmin fənlə bağlı qarşıdakı həftələr ərzində nələri əldə edəcəklər. Əmin olun ki, tələbələr nələri edəcəklərinin məsuliyyətini başa düşüblər. İlkin olaraq onlar nədən başlamalıdırlar. Çalışın ki, kommunikasiya ikitərəfli olsun, nəinki ancaq müəllim danışsın.

 

Bu bizim sizə az da olsa bir tövsiyəmizdir ki, heç şübhəsiz,  onlayn dərslərin təşkilində müəyyən rol oynaya bilər, əgər yazılanları tam anlayıb düzgün tətbiq etsək. Bununla belə, biz onu da anlayırıq ki, bu heç də mütləq formada  onlayn tədrisin effektiv təşkili üçün yeganə “resept” deyil. Bu cür təkliflər yaranmış gözlənilməz situasiyalardan çıxış yolları kimi başa düşülməlidir. Məqsədli olaraq proqramlaşdırılmış distant təhsil,  onlayn  kurslar üçün isə daha fundamental yanaşmalar təklif olunmalı və tətbiq edilməlidir, xüsusilə də o yerlərdə ki, bu təhsil formasının uzun bir ənənəsi yoxdur. Bunun üçün illərlə bu sahədə təcrübəsi olan universitetlərlə əməkdaşlıq çox fayda verərdi. Sadəcə gəlir, mənfəət, rahatlıq, yaxud zamanın nəbzini tutmaq xatirinə “hər şeyi onlayn formaya salmışam” demək son məqamda tədrisin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə gətirib çıxarardı.

 

Eyni zamanda onu da bilirik ki, aparılan araşdırmalar, sorğular göstərir ki, müəllimllər tet-a-tet dedikləri dərslərdən aldıqları zövqü onlayn deyilən dərslərdən almırlar. Yalnız 9% müəllim  onlayn mühitdə dərs deməyi arzuladıqlarını izhar ediblər, 91% isə istənilər yerdə dərs keçməyə razı olduqlarını bildirirlər, nəinki onlayn formada. (Educause survey, 2017). 7 ölkənin 157 təhsil müəssisəsində 13451 müəllim-respondentlərdən alınan sorğunun nəticələri bunu deyir. Aydındır ki, bir çox müəllimlər onlayn tədrisin əhəmiyyətini görmürlər, ya da yaxşı onlayn müəllim olmaq istəmirlər. Biz də razıyıq ki, heç birimiz təhsil alanda yaxşı onlayn dərs deyən müəllim olmaq haqqında düşünmürdük, ən azından ona görə ki, illərimizi universitetdə auditoriyalarda keçirmişik. Tələbələrin isə onlayn işləmək təcrübələri hər cəhətdən biz müəllimlərdən çoxdur. Ola bilsin ki, onlayn tədrisin bütün giriş-çıxışlarını öyrənməkdə canımızda bir balaca da tənbəllik elementləri də olsun.

 

Bu gün isə gündəmdə duran əsas məsələ tələbə məmnunluğunu təmin etməkdir və hər atılan addımlar doğrudan da çətin olan şəraitdən çıxıb tələbələrin “akademik göstəriciləri”nin aşağı düşməsinin qarşısını almaqdan ötrü edilir. Hər kəsi bu işdə fəal olmağa dəvət edirik.

 

Prof. Əfqan Abdullayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcək 7 Aprel 2020, 10:05 Şəmkirdə dəhşət - kişi arvadı, oğlu, gəlini və nəvəsini yandırdı 7 Aprel 2020, 09:58 Karantin qaydalarını pozan sürücü həbs edildi - FOTO 7 Aprel 2020, 09:52 Balakəndə civə alverçiləri saxlanıldı - FOTO 7 Aprel 2020, 09:46 Araz Əlizadə:Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur 7 Aprel 2020, 09:40 Cəbhədə gərginlik artıb - düşmən atəşkəsi 23 dəfə pozdu   7 Aprel 2020, 09:35 114 yaşlı "Molla Nəsrəddin"... 7 Aprel 2020, 09:33 ATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd Seyidov 7 Aprel 2020, 09:30 Bu ölkədə bir gündə 30 min nəfər yoluxdu 7 Aprel 2020, 09:24 Gəncədə  itkin düşən şəxs axtarılır. 7 Aprel 2020, 09:18 Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! XALQA SEVGİ NÜMUNƏSİ   7 Aprel 2020, 09:12 Banklarda bu günə olan valyuta məzənnələri 7 Aprel 2020, 09:06 190 manatlıq ödəmə kimlərə veriləcək? - Nazirlik AÇIQLADI 7 Aprel 2020, 09:00 Çində ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı 7 Aprel 2020, 08:42 Əfv sərəncamının icrasına başlanılıb 7 Aprel 2020, 08:30 Təhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan  öz zəngin təcrübəsini bölüşə bilər" 7 Aprel 2020, 01:03 Türkiyədə yaşayan azərbaycanlı alim vəfat etdi 7 Aprel 2020, 00:52 İsraildə bayram müddətində karantin elan edildi 7 Aprel 2020, 00:46 Daha bir ölkədə koronavirus aşkarlandı - 4 nəfər yoluxdu 7 Aprel 2020, 00:34 Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44