Modern.az

Koronavirus stomotologiyanı da “vurdu”

Koronavirus stomotologiyanı da “vurdu”

Ölkə

16 Mart 2020, 12:28

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə dünyada yayılmış koronavirusla əlaqədar ölkədə xüsusi rejim tətbiq olunub və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyə olunub. COVİD-19 koronavirsun keçirici olduğunu nəzərə alsaq, dişlər də insanda ən həssas məqamlardan biri hesab olunur.

 

Əhalinin sağlamlığını nəzərə alaraq, stomatoloqlar  gündəlik qaydalara əməl edirlərmi?

 

Məsələ ilə bağlı tanınmış həkim-stomatoloq Şəbnəm Salahlı Modern.az-a danışıb:

 

“Bizdə hər gün sterilizasiya keçirilir. Məkanımız şəhərin mərkəzində yerləşdiyi üçün tez-tez Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən  manitorinqlər keçirilir. Koronavirusdan sonra, xüsusi dizinfeksiyaedici məhlul var ki, hər gün onunla bütöv klinika dizinfeksiya edilir. Qaldı ki, alətlərin təmizlənməsinə məsələsinə, təvazökarlıqdan uzaq olsa da, bildirmək istəyirəm ki, bütün lazımı tədbirlər koronavirus olmamışdan qabaq da həyata keçirilirdi. Bizim əsas məqsədimiz pasiyentlərin heç bir xəstəliyə yoluxmadan sağlam dişlərə sahib olmalarını təmin etməkdir. Yəni biz bunu tək ölkədə yayılan koronavirusla bağlı həyata keçirmirik, bacardığımız qədər gigiyenik qaydalara əməl edirik. Məsələn, əvvəllər pasiyentlər birbaşa tibbi baxil geyinib içəri daxil olurdular. İndi xüsusi qayda təqtbiq olunub, ilk öncə əllər dizinfeksiya edilir, daha sonra tibbi baxil geyinilir və içəri buraxılır”.

 

Stomatoloq pasiyentlərin sayında azalmanın müşahidə olunduğunu da söyləyib:

 

“Bir məqamı da bildirim ki, koronavirus aşkarlandıqdan sonra, pasiyentlərin sayında azalma müşahidə olunur. Çünki insanlarda müəyyən qorxu yaranıb. Qorxunun olması da təbii bir haldır. Düşünürəm ki, bu azalma tək stomatoloq sahəsinə deyil, bütün sahələrə də öz təsirini göstərib”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı