Modern.az

Hafiz Hacıyevdən koronavirus tövsiyəsi: YEKƏXANALIQ ETMƏYİN

Hafiz Hacıyevdən koronavirus tövsiyəsi: YEKƏXANALIQ ETMƏYİN

Aktual

18 Mart 2020, 11:32

Son günlər sosial şəbəkələrdə Hafiz Hacıyevin də koronavirusa yoluxduğu və xəstəxana şəraitində müalicə alındığı söylənilirdi.

 

Məsələni aydınlaşdırmaq üçün Modern.az Hafiz Hacıyevin özü ilə əlaqə saxlayıb.

 

O, bildirib ki, daha xəstəxanada deyil, vəziyyəti də çox  əladır: “Hazırda kabinetimdə oturub işlərimi yerinə yetirirəm”.

 

Hafiz Hacıyev insanları koronavirusdan qorxamamağa çağırıb:

 

“Hər kəs də artıq görür ki, dövlətimiz koronavirusla bağlı ciddi addımlar atır. İstərdim ki, xalqımız verilən tövsiyə və tapşırıqlara riayət eləsin.

Düşünürəm ki, elə böyük panikaya da ehtiyac yoxdur. Sadəcə olaraq özümüzü qorumalıyıq və verilən şərtlər daxilində hərəkət etməliyik. Yəni burda yekəxanalıq etməyin də heç bir mənası yoxdur.

İnsanlarla təmaslardan kənarda olmalıyıq, ictimai yerlərdən mümkün qədər az istifadə etməliyik ki, yoluxma riski də az olsun”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub