Modern.az

Aşıqlar Birliyinin sədri vəfat etdi

Aşıqlar Birliyinin sədri vəfat etdi

Aktual

18 Mart 2020, 15:04

Gürcüstan Aşıqlar Birliyinin sədri, ictimai xadim, tanınmış şair- publisist Osman Əhmədoğlu vəfat edib.

 

Bu barədə Modern.az-a məlumat verən “Mirvari Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı bildirib ki, Osman Əhmədoğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

 

Qeyd edək ki,  Osman Əhmədoğlu 1948-ci ildə Borçalı mahalında Dəmirçi Hasannı sancaqlığının Keşəli bölgəsində anadan olub. O, Babakişioğulları (Babakişilli) soyundandır. Şair "Borçalıda yanan ocaq", " Mənim söz karvanım" və digər kitabların müəllifidir. "Qeyrət" xalq hərəkatının ilk qurucularından olan Osman Əhmədoğlu Borçalıda Aşıqlar Birliyinin sədri, “Dərviş” cəmiyyətinin qurucusu və rəhbəri olub. O, həmçinin Tiflisdə nəşr olunan "Dədə Qorqud" dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordeni ilə təltif olunmuş ilk türk şairidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır